15:47 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Xocalı abidəsi

Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı törədilən soyqırımıdır – Rusiyalı deputat

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
51 0 0

"Azərbaycanın Xocalı şəhərində amansız cinayətlər törədildi"

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Kayseridə Xocalı parkı və soyqırımına uğrayan soydaşlarımızın xatirəsi ilə bağlı heykəlin açılış mərasiminə qatılıb. Bu barədə Sputnik Azərbaycan-a "Anadolu Aydınlar Ocağından" məlumat daxil olub.

Savelyev açılış mərasimində çıxışında qeyd edib ki, Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı törədilən bir soyqırımıdır: "Azərbaycanın Xocalı şəhərində amansız cinayətlər törədildi. Dinc əhaliyə hücum edilərək 613 silahsız qadın, uşaq və yaşlı insan öldürüldü. Bu bir soyqırımıdır. Çox təəssüflər olsun ki, bu soyqırımı törədənlər indiyə qədər cəzalandırılmayıb.

O, həmçinin qeyd edib ki, birlikdə işləməklə Xocalı soyqırımı ilə bağlı gerçəklər dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq: "Bu soyqırımı törədənlərin cəzalandırılması üçün birgə işləməliyik. Türkiyədə təhsil alan xarici ölkə tələbləri təmsil etdikləri dövlətlərin liderlərinə bu gerçəkləri bir şəkildə çatdırmalıdırlar. Xarici ölkə parlamentlərinə Xocalı soyqırımı ilə bağlı gerçəkləri anlatmalıyıq. Bu şəkildə törədilən vəhşi cinayətlər, soyqırımlar cəzasız qalmamlıdır".

Qeyd edək ki, bu günlərdə Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədişləşdirən park və abidənin açılışı olub. Azərbaycan və Türkiyədən olan rəsmilər və millət vəkilləri ilə yanaşı tədbirdə Rusiyadan olan deputatlar da iştirak edib.

Əsas mövzular