04:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Paris sakinləri

Avropa və ABŞ əhalisi Qərb mətbuatının Rusiya barədə obyektiv yazdığına inanmır

© AFP 2018 / FRANCOIS GUILLOT
XƏBƏRLƏR
Qısa URL
43 0 0

Fransa, Almaniya, Böyük Britaniya və ABŞ vətəndaşları ölkə KİV-nin Rusiyaya münasibətdə obyektiv olmalarına şübhə ilə yanaşırlar

BAKI, 23 oktyabr — Sputnik. Fransızların 1/4-i (və ya 25%-i), almanların, ingilislərin və amerikalıların 1/3-i (müvafiq olaraq 39, 33 və 39%-i) hesab edir ki, onların ölkələrində KİV Rusiya ilə bağlı obyektiv yazır.

Sözügedən sorğu Sputnik.Rəy layihəsi çərçivəsində IFop şirkəti tərəfindən Sputnik İnformasiya Agentliyi və Radiosu üçün keçirilib.

Bununla yanaşı, Fransa sakinlərinin yarıdan çoxu (53%), Almaniya vətəndaşlarının yarısı (50%), Böyük Britaniya (47%) və amerikalıların (43%) yarıdan azı KİV-lərin Rusiyaya münasibətdə obyektiv olmalarına şübhə ilə yanaşırlar.

Fransızların 1/4-i (22%), alman (11%), ingilis (20%) və amerikalılarınsa (18%) 1/5-i bu suala cavab verməyə çətinlik çəkiblər.

Fransada (56%), Böyük Britaniyada (52%) və Almaniyada (51%) kişilər qadınlardan daha tez-tez KİV-in Rusiyaya qarşı qeyri-obyektiv olduğunu hesab edir. Yaşlı nəsil fransızlar və almanlar gənclərdən daha tez-tez KİV-in Rusiya haqqında obyektiv yazmadığını deyirlər.

Avropalılar və amerikalılar yerli KİV-in nə dərəcədə obyektiv olduğuna aydınlıq gətirdilər
© Sputnik /
Avropalılar və amerikalılar yerli KİV-in nə dərəcədə obyektiv olduğuna aydınlıq gətirdilər

ABŞ-da gəlirləri yüksək və orta səviyyəli olan respondentlər aşağı gəlirlilərə nisbətən daha çox yerli KİV-in Rusiya haqqında qeyri-obyektiv yazdığını düşünür.

Sorğu 9-20 avqust 2018-ci il tarixlərində IFop şirkəti tərəfindən Sputnik üçün keçirilib. Sorğuda 18 yaşdan yuxarı 4 033 nəfər respondent iştirak edib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum +/- 3,1% təşkil edir, etibarlılıq dərəcəsi 95%-dir. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-15-liyinə (LiveInternet-in 19 aprel 2018-ci il tarixinə olan məlumatına görə) daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Əsas mövzular