CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məmməd Araz Kiyevdə də anıldı

© © Foto təşkilatçılar tərəfindən təqdim olunubKiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi
Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada görkəmli Azərbaycan şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 18-də Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada görkəmli Azərbaycan şairi, publisisti və tərcüməçisi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecənin təşkilatçısı Marina Qonçaruk olub. Tədbir Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.

Tədbirin tərəfdaşları Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev təşkilatı, İslam Mədəniyyət Mərkəzi, Boris Oleynik adına Ukrayna Mədəniyyət Fondu və "Sammit-kniq" nəşriyyatı olub.

Yaradıcılıq gecəsində tanınmış yazarlar, tərcüməçilər, professorlar, ictimai xadimlər, diaspor təşkilatlarının nümayəndələri, ukraynalı və azərbaycanlı gənclər, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev iştirak edib.

© © Foto təşkilatçılar tərəfindən təqdim olunubKiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi
Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi  - Sputnik Azərbaycan
Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi

"Mən çox şadam ki, bu gün — Azərbaycanın Dövlət Müstəqilliyi Günündə, Ukrayna Milli Yazıçılar İttifaqının Kiyev təşkilatı və Səməd Vurğun adına kitabxana ilə birlikdə ukraynalılara Azərbaycan xalqının zəngin mədəni və ədəbi irsi haqqında danışırıq. Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri isə öz doğma mədəniyyətlərinə həsr olunmuş tədbirə gəlmək imkanı əldə ediblər. Hərtərəfli dəstəyə görə, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinə təşəkkür etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin Ukraynada populyarlaşması üçün əlindən gələn hər şeyi edir, Azərbaycan diasporunu birləşdirən və ukraynalı azərbaycanlılar arasında mədəni əlaqələri möhkəmləndirən tədbirlər təşkil edir" — deyə Marina Qonçaruk bildirib.

Yaradıcılıq gecəsində Ukraynanın xalq artisti Boris Loboda Məmməd Arazın şeirlərini səsləndirib. Bundan əlavə şairin şeirləri Ukraynanın xalq çalğı aləti olan "sopilka"nın müşayiəti ilə ifa edilib. Məmməd Arazın şeirlərini həmçinin azərbaycanlı şair Şəhriyar Del Gerani, şairin şəxsi tanışı olan jurnalist Əbülfəz Qasımov, Kiyev poeziya festivalının finalçıları, eləcə də Səfai Naibovun rəhbərliyi altında fəaliyyət göstərən xüsusi Azərbaycan məktəbinin şagirdləri oxuyublar. Qonaqlar üçün Ukraynada yaşayan istedadlı azərbaycanlı uşaqların təmsil olunduğu "Lezginka" şou-baleti də xüsusi rəqs nömrəsi ilə çıxış edib.

Tədbirin aparıcısı Ukraynanın tanınmış şairi Vano Kryuger olub.

Səməd Vurğun adına kitabxananın Səbail Mərkəzi kitabxanasından olan dostlarının hazırladığı Məmməd Araza həsr olunmuş sənədli video və fotolar də yaradıcılıq gecəsində nümayiş etdirilib.

Xəbər lenti
0