Sürüşmə zonasında yeni uçqunlar qeydə alınıb

© Sputnik / Irade JELILBayılda torpaq sürüşməsi
Bayılda torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda sürüşmə zonasında gərginlik davam edir

BAKI, 18 oktyabr — Sputnik. "Badamdar qəsəbəsində, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları idtiqamətində uçqunların artımı qeydə alınıb". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan məlumat verilib.

Bildirilib ki, evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.

Xatırladaq ki, ərazidə gərginlik oktyabrın 1-dən müşahidə edilməyə başlayıb. İlk sürüşmə prosesi oktyabrın 12-də səhər saatlarında qeydə alınıb. Bu günlər ərzində ərazidə olan 11 fərdi evin divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlib. İstinad divarının bir hissəsi tamamailə yerindən ayrılaraq qopub. Sürüşmə zonasında olan evlərdə yaşayan sakinlər köçürülüb. Hazırda sürüşmə zonasında gərginlik davam edir.

Qeyd edək ki, ərazidə 11 fərdi ev və 3 obyekt var.

Xəbər lenti
0