İsrail Qəzza zolağını vurdu, fələstinlilərin blokadası başladı

© AFP 2023 / JACK GUEZİsrail qırıcı təyyarə,arxiv şəkli
İsrail qırıcı təyyarə,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstin tərəfinin itkiləri barədə hələlik heç bir məlumat yoxdur

BAKI, 17 oktyabr — Sputnik. İsrail Hərbi Hava Qüvvələri Qəzza sektoruna aviazərbələr endirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, aviazərbələr Fələstin yaraqlılarının Beer-Şeva şəhərinin raket atəşinə cavab olaraq tutulub. 

Suriyada dağıntılar, arxiv şəkli - Sputnik Azərbaycan
İsrail Suriya barədə yekun qərarını verdi

Fələstin tərəfinin itkiləri barədə hələlik heç bir məlumat yoxdur. 

Bu arada İsrailin müdafiə naziri Qəzza sektoru ilə sərhəddə bütün nəzarət keçid məntəqələrinin bağlanılmasını əmr edib.

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bu qərarın İsrailin cənubunun raket atəşinə tutulması ilə bağlı olduğu bildirilib. Bundan əlavə, nazir Qəza sektorunda balıqçılıq zonasının üç dəniz milinə endirilməsinə dair də qərar qəbul edib.

Qeyd edək ki, bu son iki ayda münaqişə tərəfləri arasında baş verən ilk toqquşmadır.

Xəbər lenti
0