13:25 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Tapança

Gömrükdə silah qaçaqmalçısı saxlanılıb

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub

BAKI, 17 oktyabr — Sputnik. Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal dedektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə — apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.

Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Şübhə təsdiqini tapdı, gömrükdə araşdırma başladı
Gömrükdə yoxlanıldı, qarnında “narkotik anbarı” tapıldı
Gömrükdə hansı şirkətlərə güzəştlər tətbiq edilməlidir – Ekspert şərhi
Gömrükdə daha iki general vəzifəsi ilə vidalaşdı
Gömrükdə hamını heyrətləndirən hadisə baş verdi
Gömrükdə videoçəkiliş qadağası gəlir
Teqlər:
pnevmatik tapança, apirrolidinovalerofenon, "Samur" gömrük postu, Şimal Ərazi Baş Gömrük İdarəsi, gömrükçü

Əsas mövzular