10:27 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yağış və dolunun yaratdığı fəsadlar

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraitindən xəbərdar olun

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.

ETSN-nin məlumatında o da qeyd olunub ki, gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.

Əlaqədar

Nazirlik hava xəbərdarlığı edir
Hava proqnozu açıqlandı - Payız üzünü göstərəcək
Hava proqnozu açıqlandı – Xəbərdarlıq gəldi
Havanı çirkləndirən şadlıq evlərini əhali boykot eləsin – ekspertdən çağırış
Teqlər:
səhər, Abşeron yarımadası, Bakı, gündüz, gecə, hava, yağış

Əsas mövzular