15:46 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Yağış

Nazirlik hava xəbərdarlığı edir

CC0 / Pexels / Rain
XƏBƏRLƏR
Qısa URL
285 0 0

Oktyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

BAKI, 16 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza gəlincə: Oktyabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Hava proqnozu açıqlandı - Payız üzünü göstərəcək
Hava proqnozu açıqlandı – Xəbərdarlıq gəldi
Hava ilə bağlı xəbərdarlıq edildi
Hava yenidən dəyişəcək
Ukraynada 10 min insan təxliyə olunub, hava məkanı bağlanıb, uçuşlar dayandırılıb
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Yağış, duman, şaxta və isti - HAVA XƏBƏRDARLIĞI
Teqlər:
xəbərdarlıq, yağış, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular