15:48 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Nar

Narın bilinməyən sirləri – Kişi qüvvətini artırır

CC0 / 3dman_eu / Pomegranate
XƏBƏRLƏR
Qısa URL
476 0 0

Mütəxəssis “narın xeyir vermədiyi bir şey yoxdur” ifadəsindən istifadə edib

BAKI, 16 oktyabr — Sputnik. "Nar bir çox orqanlara xeyirlidir. Bu meyvə ürək, həzm sistemi, beyin və bütün sistemlərə təsir edir".

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Radiasiya Onkologiyası üzrə mütəxəssis, həkim Yavuz Dizdar açıqlama verib.

Duzdar “narın xeyir vermədiyi bir şey yoxdur” ifadəsindən istifadə edib. Onun sözlərinə görə, bu meyvə xroniki xəstəliklərin qarşısını alır.

"Revmatizmdən, alzheymer xəstəliyinə qədər ağlınıza nə gəlirsə, hamısına faydalıdır. Narın tumları ürəyi qoruyan yağ turşuları ilə zəngindir. Tərkibində vitamin və minerallar var. Bəzi birləşmələr bağırsaq qurdlarının inkişafının qarşısını alır. Antibiotik təsir göstərib, bədənin mikroorqanimlərini sağlam saxlayır. Ağız və diş sağlamlığı üçün güclü təsirə malikdir" deyə Düzdar qeyd edir.

Həkim bildirib ki, nar kişilərdə sprema sayını artırır və onun keyfiyyətini qaldırır. Bu səbəbdən də həkim kişilərə çox nar yeməyi məsləhət görür.

Teqlər:
həzm sistemi, ürək, antibiotik, sperma, fayda, Nar

Əsas mövzular