İlham ƏIiyev Lənkəran rayonunda səfərdədir

© Official website of President of Azerbaijan RepublicLənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub

BAKI, 15 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər ediblər. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib. Bildirib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. 

Prezident İlham Əliyev Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub - Sputnik Azərbaycan
İlham Əliyev Quba rayonunda bir sıra müəssisələrin açılışını edib

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar. 

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verib ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib. Bildirilib ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə, həmçinin istisu vannaları ilə tanış olublar. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edib. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran Olimpiya İdman Kompleksinin açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsiblər.

© Official website of President of Azerbaijan RepublicLənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib - Sputnik Azərbaycan
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verib. Bildirib ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə, ümumilikdə, 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Xəbər lenti
0