22:21 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Yağış rayon sakinlərinə aman verməyəcək

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
427 0 0

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var

BAKI, 15 oktyabr — Sputnik. Sabaha gözlənilən hava məlumatı açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında isə oktyabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Əlaqədar

Hava proqnozu açıqlandı - Payız üzünü göstərəcək
Hava proqnozu açıqlandı – Xəbərdarlıq gəldi
Hava ilə bağlı xəbərdarlıq edildi
Hava yenidən dəyişəcək
Ukraynada 10 min insan təxliyə olunub, hava məkanı bağlanıb, uçuşlar dayandırılıb
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Teqlər:
Sputnik Azərbaycan, külək, yağış, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular