05:09 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Səyyar ASAN xidmət. Arxiv şəkli

"ASAN xidmət"dən rayon sakinlərinə önəmli xəbər

© Foto: TREND
XƏBƏRLƏR
Qısa URL
132 0 0

18 oktyabr – 6 noyabr Ağsuda, 19 oktyabr – 2 noyabr Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək

BAKI, 15 oktyabr — Sputnik. Səyyar "ASAN xidmət" 26 sentyabr – 15 oktyabr Göyçayda, 1 – 15 oktyabr Ağstafada, 3 – 17 oktyabr Sahil qəsəbəsində, 6 – 25 oktyabr Hacıqabulda, 6 oktyabr – 3 noyabr Tovuzda, 5 oktyabr – 3 noyabr Xudatda, 6 – 20 oktyabr Cəlilabad, Ağdamda, 8 oktyabr – 6 noyabr Şəkidə, 9 oktyabr – 7 noyabr Qobu qəsəbəsində, 18 oktyabr – 6 noyabr Ağsuda, 19 oktyabr – 2 noyabr Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakılar daxildir:

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Əlaqədar

"ASAN xidmət"də yeni rekord qeydə alınıb
Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır
"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
"ASAN xidmət"də iki rekord
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq
Teqlər:
Səyyar ASAN, "ASAN xidmət", Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

Əsas mövzular