12:57 12 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
II Vice Mrs. Top of the World-2015 titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi

Hərbçi modelimizi hicabda görənlər gözlərinə inanmayıblar

© Tehranə Bəhruzi tərəfindən təqdim olunub
XƏBƏRLƏR
Qısa URL
627 0 0

O, baş örtüyü taxaraq çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb

BAKI, 12 oktyabr — Sputnik. "II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi öz imicini dəyişərək sosial şəbəkələrdəki bütün izləyicilərini şoka salıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bəhruzi hicab geyinərək çəkdirdiyi şəkilləri "Facebook"-da paylaşıb.

Onun hicablı şəkilləri izləyicilərini heyrətləndirib. Sonra məlum olub ki, model öz imicini sadəcə yeni fotolayihədə iştirak etmək üçün dəyişib. Bəhruzi fotolarda müxtəlif məşhur brendlərin gəlinlik paltarlarını geyinib və həmçinin hicablı qızlar üçün geyimləri də reklam edib.

II Vice Mrs. Top of the World-2015 titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi
© Photo : © Tehranə Bəhruzi tərəfindən təqdim olunub
"II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın xüsusi təyinatlı hərbi qulluqçusu Tehranə Bəhruzi

Qeyd edək ki, Bəhruzi beynəlxalq gözəllik müsabiqələrində iştirak etmək niyyətindədir. O, bununla yanaşı xüsusi təyinatlı qoşunda xidmətini davam etdirəcək.

Bütün bunlarla yanaşı, Tehranə öz həyatından bəhs edən avtobioqrafik kitab yazır. O, bu kitabda anlatdıqları ilə orduda xidmət etməkdən qorxan bir çox qıza nümunə olmaq istəyir.

Bəhruzi vətənpərvərlik mövzusunda çəkilmiş "Mübarizə" bədii filmində baş rola çəkilib. Filmin premyerası yaxın vaxtlarda olacaq.

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusunun bu il müdafiə naziri Zakir Həsənova həsr etdiyi "İdeal nazir – Zakir Həsənov" kitabı çapdan çıxıb. Kitab bədii elementlərlə birlikdə avtobioqrafik xarakter daşıyır.

Əlaqədar

Gürcüstanda azərbaycanlı hərbçilər üçün yenilik tətbiq olunacaq
Hərbçilər Müdafiə nazirinə hesabat verdilər
Türk hərbçiləri təhlükəli terrorçunu məhv etdilər
Teqlər:
Tehranə Bəhruzi, xüsusi təyinatlı, xanım, hicab, hərbçi, Azərbaycan

Əsas mövzular