12:48 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Türkiyyədə qəza

Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var

© Foto: istiklal
XƏBƏRLƏR
Qısa URL
111 0 0

Hadisə zamanı yaralan 7 nəfər xəstəxanaya çatdırılıb

BAKI, 12 oktyabr — Sputnik. Türkiyənin Qayseri şəhərində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan Türk mətbuatına istinadla xəbər verir ki, baş verən qəza nəticəsində 38 ADU 077 dövlət nömrə nişanlı avtomobil körpüdən çaya düşüb.

Ankara şossesinin 30-cu kilometrliyində baş verən qəzanın avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Avtomobilin körpüdən düşdüyünü görən 51 ER 078 dövlət nömrə nişanlı pikap və 38 DK 790 dövlət nömrə nişanlı avtomobil anidən əyləcə basıb. Onların arxasınca gələn 99 AZ285 Azərbaycan dövlət nömrə nişanlı "TIR" avtomobillərə çırpılaraq, körpüdən aşıb.

Hadisə yerinə gələn xialsetmə qrupu "TIR"ın sürücüsünü xilas edib. Hadisə zamanı yaralan 7 nəfər xəstəxanaya çatdırılıb.

Əlaqədar

Rusiyada ağır qəza: 12 nəfər həlak oldu - VİDEO
Dəhşətli qəza oldu: 50 nəfər öldü, 2 nəfər sağ qaldı — VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi, yol polisinin oğlu öldü – VİDEO
Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananların sayı artıb
Bakıda yenə ağır qəza baş verib - VİDEO
Ağır qəza oldu, sürücülər xəsarət aldı
Yenə ağır qəza, bu dəfə rayonda
Teqlər:
"TIR", yaralı, Türkiyə, qəza

Əsas mövzular