Trampın təklif etdiyi yüksək vəzifədən imtina edən müsəlman qadın kimdir?

© REUTERS / Yuri GripasДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dina Həbib Pauel 1973-cü ildə Misirin Qahirə şəhərində anbadan olub

BAKI, 12 oktyabr — Sputnik. ABŞ prezidenti sabiq milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Pauel bu ölkənin BMT-də daimi nümayəndəsi vəzifəsindən imtina edib. Bu barədə Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir.

Mənbə agentliyə bildirib ki, Tramp və Pauell bu təyinatı telefon vasitəsilə müzakirə edib. Pauell Trampa bildirib ki, bu cür təklifdən məmnundur lakin o "Goldman Sachs Group" İnvestisiya bankının rəhbərliyində işini davam etdirməyə üstünlük verir.

Mənbənin məlumatına görə, hazırda Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna ABŞ-ın Kanadadakı səfiri Kelli Kraft və daxili işlər naziri Rayan Zinkin namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Dina Həbib Pauel 1973-cü ildə Misirin Qahirə şəhərində anadan olub.

Xəbər lenti
0