13:10 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Milli Məclis

Milli Məclisin toplantısı başlayıb, bəzi ciddi məsələlər həllini gözləyir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Parlamentin plenar iclasının gündəliyinə 54 məsələ daxil edilib

BAKI, 12 oktyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 54 məsələ daxildir.

"Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu layihəsinə ikinci oxunuşda baxılacaq.

"Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək. 

"Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılacaq.

"Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə ediləcək.

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.

Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

"Hərbi vəzifə və hərbi xidmət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək. 

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişikliklərə baxılacaq.

"Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Təhsil haqqında","Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə ediləcək.

İclasda Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişikliklərə də baxılacaq.

Qeyd edək ki, oktyabrın 16-da parlamentin növbəti plenar iclası keçiriləcək və bugünkü gündəlikdə olan məsələlərin müzakirəsi davam edəcək.

Əlaqədar

Milli Məclis qərarını dəyişib
"Milli Məclis dövlətimizin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək"
Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"
Milli Məclis sonuncu iclasını keçirir
Orta və ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi
Milli Məclis üzvləri növbədənkənar toplandılar
Teqlər:
"Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunu, plenar iclas, iclas, Milli Məclis

Əsas mövzular