13:07 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Prezident İlham Əliyev Qubada Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub

İlham Əliyev Quba rayonunda bir sıra müəssisələrin açılışını edib

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
116 0 0

Prezident və Birinci vitse-prezident səfər çərçivəsində bir sıra müəssisələrin açılışında iştirak ediblər

BAKI, 11 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Quba rayonuna səfər ediblər. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident və Birinci vitse-prezident səfər çərçivəsində bir sıra müəssisələrin açılışında iştirak ediblər.  

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Onlar əvvəlcə Quba rayonunda istifadəyə verilmiş İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını ediblər. Dövlətimizin başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar. Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

İlham Əliyev və Mehriban Əliyeva səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Qubada “Günəş” körpələr evi-uşaq bağçası açılıb
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Qubada “Günəş” körpələr evi-uşaq bağçası açılıb

Qubada bu gün, həmçinin "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva kompleksin açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, orada yaradılan şəraitlə tanış olublar.

Qubada “ABAD Factory” İstehsalat Kompleksi fəaliyyətə başlayıb
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Qubada “ABAD Factory” İstehsalat Kompleksi fəaliyyətə başlayıb

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında da iştirak ediblər. Dövlətimizin başçısı zavodu işə salıb.

Əlaqədar

Prezident İlham Əliyev şimal bölgəsinə səfər edib
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib
Prezident ilk dəfə bu ölkəyə rəsmi səfər edəcək
Prezident İlham Əliyev Belçikaya səfər edib
Prezident İlham Əliyev Gürcüstana səfər edəcək
Teqlər:
Birinci vitse-prezident, Mehriban Əliyeva, Quba, İlham Əliyev, səfər, prezident

Əsas mövzular