Ovçulara xəbərdarlıq edildi

© pixabay / andreas160578Ovçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldağın ovlanmasına icazə verilir

BAKI, 11 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin adını açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldağın ovlanmasına icazə verilir.

Ovçu Faiq Babanlının dükanından reportaj - Sputnik Azərbaycan
CƏMİYYƏT
Amazon cəngəlliyində ölüm mələyini görmüş azərbaycanlı ovçu

Məlumata görə, Çöl donuzunun (qaban) ovlanma müddəti 2018-ci ilin 15 sentyabr-22 dekabrına qədərdir. Bu heyvanın ancaq Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir. 

Dovşan ovlamaq qistəyənlər isə noyabrın 18-dən gələn ilin yanvar ayının 12-sinə qədər Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında ovlaya bilərlər.

Cüllüt ovlamaq istəyənlər yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində 15 sentyabr- 24 noyabr tarixinə qədər ov edə bilərlər.

Qaz, ördək, qaşqaldaq ovlamaq istəyənlər yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi müəyyən olunmuş ov sahələrində oktyabrın 13-dən gələn il martın 1-ə qədər ovlaya bilərlər.

Nazirliyin məlumatına görə, Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və cəbhə zonasına yaxın inzibati rayonların əraziləri, Xəzər dənizinin adalarında, yaşıl zonalarda,şəhhər və kurortlara 1,5 kilometrə qədər yaxın sahələrdə, xüsusi mühafizə olunan ərazilər və sanitar-mühafizə zonalarında ov etmək qadağandır.

Xəbər lenti
0