Mikayıl Cabbarovdan mühüm açıqlamalar

© Sputnik / Murad OrujovМикаил Джаббаров, министр образования Азербайджана
Микаил Джаббаров, министр образования Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Mikayıl Cabbarovun sözlərinə görə, 9 ayda 5,3 milyard manat vergi toplanıb

BAKI, 10 oktyabr — Sputnik. Vergilər naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplandığını, proqnoza 100,2 faiz əməl olunduğunu bildirib.

Məmur yoxlaması. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi sistemində tətbiq olunacaq yeniliyin mahiyyəti aydın oldu: İşimiz asanlaşır

Sputnik Azərbaycan xəbər verir ki, nazir bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib. 

Mikayıl Cabbarovun sözlərinə görə, ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.

Eyni zamanda, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb.

M.Cabbarov qeyd edib ki, cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.

"Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb" — nazir vurğulayıb.

Xəbər lenti
0