09:51 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Həblər, arxiv şəkli

D vitamini haqqında mif dağıdıldı

CC0 / StockSnap / Pills
XƏBƏRLƏR
Qısa URL
134 0 0

Əlavələr şəklində qəbul edilən D vitamini sümüklərin qırılması hallarının azaltmır və sümük toxumalarının sıxlığını artırmır

BAKI, 9 oktyabr — Sputnik. Oklend və Aberdin universitetlərinin mütəxəssisləri D vitamininin insanın sümüklərinin bərkiməsində heç bir rol oynamadığını qeyd ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlərin bu kəşfinə qədər D vitamininin sümüklərin bərkiməsinə kömək etdiyi deyilirdi. Guya ki, bu vitamin mədə-bağırsaq traktında kalsium və maqneziumun birləşdirilməsi funksiyasını yerinə yetirirmiş. Ona görə də, mütəxəssislər D vitamin ilə yanaşı kalsiumun də qəbul edilməsini məsləhət görürlər.

Məlum olub ki, şimal ərazilərində yaşayan insanlar günəş şüalarını az gördükləri və orqanizmlərində D vitamini çatışmadığı üçün bioloji aktiv əlavələrdən istifadə edirlər. Amma aparılan araşdırmalar göstərib ki, əlavələr şəklində qəbul edilən D vitamini sümüklərin qırılması hallarının azaltmır və sümük toxumalarının sıxlığını artırmır.

D vitaminini yalnız təbii halda qəbul etməklə istənilən effektə nail olmaq olar. Bunlara günəş şüaları, dəniz məhsulları, balıq yağı, göbələk və s. daxildir.

Teqlər:
kalsium, mədə-bağırsaq traktı, sümük, mif, D vitamini

Əsas mövzular