05:34 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Əli qandallı kişi

Atatürkü təhqir etməyin cəzası ağır oldu

CC BY-SA 2.0 / houstondwiPhotos mp / Handcuffs and a Car
XƏBƏRLƏR
Qısa URL
211 0 0

Murad K. Atatürkü və cümhuriyyəti təhqir etdiyi üçün böyük təzyiqlərə məruz qalıb

BAKI, 8 oktyabr — Sputnik. Malatyada sosial media hesabından Atatürkü təhqir edən və Milli Təhsil İdarəsində haqqında araşdırma aparılan müəllim polis tərəfindən saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bulqurlu məhəlləsində yerləşən Bulqurlu Məktəbində ibtidai sinif müəllimi olan Murad K. sosial mediada Mustafa Kamal Atatürkü və cümhuriyyəti təhqir etdiyi üçün böyük təzyiqlərə məruz qalıb.

Bununla bağlı M.K. haqqında əvvəlcə Milli Təhsil İdarəsində araşdırma aparılıb, daha sonra polisə məlumat verilib. İbtidai sinif müəllimi dərhal hərəkətə keçən polis əməkdaşları tərəfindən saxlanılıb.

Polislər əvvəlcə M.K.-nın evində axtarış aparıb, ardıyca da ifadəsi alınmaq üçün onu polis idarəsinə aparıblar.

Əlaqədar

Atatürkü təhqir edən qız məhkəmədə də bu əməlini davam etdirib
Atatürkü söyən qadın həbs edildi
Atatürkü düşmən elan edən kim olub? – NATO üzr istədi
Teqlər:
təhqir, Atatürk, Malatya, polis, müəllim

Əsas mövzular