Qəbələdə baş verən qorxunc hadisənin yeni detalları üzə çıxdı

© Sputnik / Ilham AhmadovQəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsi
Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, 1 nəfər ölüb, və yaralananlar var

BAKI, 8 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə yanğın baş verib. Sputnik Azərbaycanın bölgə muxbiri xəbər verir ki, yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qəbələdə ərəb turistlərin yaşadığı evdə yanğın - Sputnik Azərbaycan
Ərəb turistlərin qaldığı ev yandı, ölən və yaralananlar var

Hadisə zamanı ölən və xəsarət alan turistlərin kimliyi də bəlli olub. Evdə olan 1996-cı il təvəllüdlü qız Arbua Əl-Həmidi yanğın zamanı dünyasını dəyişib.

Küveyt vətəndaşları — 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin dinləmələrə görə, hadisənin elektrikdən qaynaqlandığı ehtimal olunur. Turistlərin dediklərinə görə isə onlar yuxudan partlayış səsinə ayılıblar və yanğının baş verdiyini görüblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0