Prezident yüksək vəzifəli məmuru işdən azad etdi

Abunə olmaq
Dövlət başçısı sərəncam imzalayıb

BAKI, 5 oktyabr — Sputnik. Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

© Photo : XeberekspressBeyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev - Sputnik Azərbaycan
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev

Qeyd edək ki, Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb.

2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif edilib. Ailəlidir, 5 övladı, 10 nəvəsi var.

Xəbər lenti
0