Paytaxt və bölgələrdə gözlənilən hava şəraitinə dair xəbərdarlıq

© Photo : REPORTBakıda yağan yağış
Bakıda yağan yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir

BAKI, 5 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Результат проливных дождей в центре Баку. 23 сентября 2018 года - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt küçələrində əcaib romantika: Qayıq sürən kim, balıq tutan kim, şoka düşən kim...

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0