Prezident Dövlət Sərhəd Xidməti haqqında mühüm qərar verib

Abunə olmaq
Dövlət başçısı sərhəd hərbi dəniz bayraqlarının təsvirinin təsdiq edilməsi haqda fərman imzalayıb

BAKI, 5 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsvirinin təsdiq edilməsi haqda fərman verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

1. Sərhəd hərbi dəniz bayraqlarının (şəkil 10-15) yaşıl qumaşı ipək faydan hazırlanır. Bayrağın yuxarı sol dörddə birində (breyd-vımpelin və vımpelin solunda) ağ fonun aşağı kənarı boyunсa iki dalğavarı mavi zolaq, ağ fonun üzərində sol tərəfdə qırmızı rəngli aypara və səkkizguşəli ulduz, sağ tərəfdə isə üzərinə lövbər kəndiri dolanmış mavi rəngli lövbər təsvir olunub.

© Official website of President of Azerbaijan RepublicSərhəd hərbi dəniz bayraqları
Sərhəd hərbi dəniz bayraqları - Sputnik Azərbaycan
Sərhəd hərbi dəniz bayraqları

2. Düzbucaqlı sərhəd hərbi dəniz bayrağının ölçüləri: uzunluğu 70 metrdən çox olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 180 sm, eni 115 sm; uzunluğu 70 metrədək olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 140 sm, eni 90 sm; 3-сü və 4-сü dərəсəli gəmilər və katerlər üçün — uzunluğu 90 sm, eni 65 sm. Nazik mavi zolağın eni 5 sm, qalın mavi zolağın eni 15 sm, zolaqlar arasındakı məsafə 5 sm; ayparanın yuxarı nöqtəsindən bayrağın yuxarı kənarına qədər və ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağına qədər məsafə 5 sm, ulduzun xarici diametri 7 sm, lövbərin hündürlüyü 22 sm, eni 15 sm-dir. Sərhəd hərbi dəniz bayrağının ölçüləri gəmilərin və katerlərin ölçülərinə əsasən kiçildikdə nazik və qalın mavi zolaqların ölçüləri, zolaqlar arasındakı məsafə, ayparanın yuxarı nöqtəsindən bayrağın yuxarı kənarınadək və ayparanın aşağı nöqtəsindən bayrağın mavi zolağınadək məsafə və ulduzun xarici diametri də həmin nisbətdə kiçilir.

3. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı (şəkil 11) aşağı hissəsində xarici diametri 30 sm olan üç səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

© Official website of President of Azerbaijan RepublicAzərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı - Sputnik Azərbaycan
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin bayrağı

4. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı (şəkil 12) aşağı hissəsində xarici diametri 30 sm olan iki səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

© Official website of President of Azerbaijan RepublicAzərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı - Sputnik Azərbaycan
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin bayrağı

5. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı (şəkil 13) aşağı hissəsində xarici diametri 30 sm olan bir səkkizguşəli ulduz təsvir olunmuş sərhəd hərbi dəniz bayrağıdır.

© Official website of President of Azerbaijan RepublicAzərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı  - Sputnik Azərbaycan
Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qərargah rəisinin bayrağı

6. Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli (şəkil 14) iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan, kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz bayrağıdır. Yaşıl zolaqda bayrağın ağ fonundan 10 sm sağda Sahil Mühafizəsinin fərqlənmə nişanı təsvir olunmuşdur.

© Official website of President of Azerbaijan RepublicSahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli
Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli - Sputnik Azərbaycan
Sahil Mühafizəsinin gəmilər birləşməsi komandirinin breyd-vımpeli

7. Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri (şəkil 15) iki şüa ilə sonlanan uzun ensiz yaşıl zolağı olan kiçik ölçülü, konusşəkilli sərhəd hərbi dəniz bayrağıdır.

© Official website of President of Azerbaijan RepublicSərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri
Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri - Sputnik Azərbaycan
Sərhəd gözətçi və köməkçi gəmilərinin (katerlərinin) vımpelləri

8. Breyd-vımpelin və vımpelin ölçüləri: uzunluğu 70 metrdən çox olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 180 sm, eni 35 sm; uzunluğu 70 metrədək olan 2-ci dərəcəli gəmilər üçün — uzunluğu 150 sm, eni 25 sm; 3-cü və 4-cü dərəcəli gəmilər və katerlər üçün — uzunluğu 110 sm, eni 20 sm. Breyd-vımpelin və vımpelin ağ fonunun uzunluğunun eninə nisbəti 1:1,5-dir, şüalarının kəsiyinin uzunluğu vımpelin uzunluğunun 1/7-nə, zolağın iki şüadan ibarət sonluğunun eni bayrağın eninin 1/2-nə bərabərdir.

9. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının hər iki üzü eynitəsvirli olur.

Xəbər lenti
0