Sürücülərə istirahət günləri ilə bağlı xəbərdarlıq edildi

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidРемонтные работы на дороге, фото из архива
Ремонтные работы на дороге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq

BAKI, 5 oktyabr — Sputnik. Şənbə və bazar günləri təmir işləri ilə əlaqədar olaraq bir neçə yol bağlanacaq.

Sputnik Azərbaycan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 6:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

AAYDA vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Xəbər lenti
0