05:29 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Cinayət məcəlləsi

İşdən çıxarılan yüksək vəzifəli şəxslə bağlı cinayət işi açılıb

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
129 0 0

Qüdrət Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

BAKI, 4 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O qeyd edib ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə — xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Əlaqədar

Bakıda qalmaqallı posta yeni təyinat oldu
Adı böyük qalmaqallarda hallanan məmur işdən çıxarıldı
Qızına dəbdəbəli toy edən məmurun başı dərddə
Teqlər:
Qüdrət Şükürov, Baş Prokurorluq, Eldar Sultanov, cinayət işi, "Lifttəmir" İstehsalat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti

Əsas mövzular