On gün əvvəl itkin düşmüş nazirlik əməkdaşının meyiti meşədən tapılıb

© AFP 2023 / SANJAY KANOJIAЖенский труп в морге. Архивное фото
Женский труп в морге. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ramiz Azaqov bu il sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxmış və geri qayıtmamışdı

BAKI, 4 oktyabr — Sputnik. Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramiz Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov bu il sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxmış və geri qayıtmamışdı.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0