Bir gündə iki təyyarə qəzası baş verib, ölənlər var

© AFP 2023 / JOSH EDELSONHərbi təyyarə qəzası
Hərbi təyyarə qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Brackett Field Hava Limanında daha bir təyyarə yerə enmə ərəfəsində qəfil yanmağa başlayıb

BAKI, 2 oktyabr — Sputnik. Los-Ancelesin şimal hissəsində yerləşən Verne bölgəsində Braket hava limanında 24 saat ərzində 2 təyyarə qəzası baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cesna" markalı iki nəfərlik təyyarə eniş zamanı yerə düşüb.

Təyyarənin pilotu təcili kömək istəsə də, mümkün olmayıb, qəza baş verib və nəticədə pilot ölüb. Təyyarədə olan sərnişinin isə vəziyyətinin ağır olduğu, xəstəxanaya aparıldığı deyilir.

Hadisədən 24 saat keçmədən, bu səhər saat 11:55-də həmin hava limanında daha bir təyyarə qəzası yaşanıb. Belə ki, yerə enmə ərəfəsində olan təyyarə qəfil yanmağa başlayıb. Nəticədə bir nəfər ölüb. Yanğın isə söndürülüb.

Xəbər lenti
0