14:37 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Sənədin imzalanması

"Qaçqınkom"a yeni Aparat rəhbəri gətirildi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
145 0 0

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub

Bakı, 2 oktyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.

E.Abdullayevə isə qurumun Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini və sektor müdiri vəzifəsi həvalə olunub.

Qeyd edək ki, E.Abdullayev bu ilin may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilmişdi.

Əlaqədar

"Qaçqınkom"un keçmiş sədrinə yeni vəzifə verildi
Polis “Qaçqınkom”un qarşısında yolu kəsmək istəyən şəxsi saxlayıb
"Satılan evlərin siyahısını "Qaçqınkom"un nümayəndəsinə verdik" - Tərtərdə qalmaqal
"Qaçqınkom" mərhum jurnalistin bacısına ev verəcəyini vəd etdi
Dəyişikliklər davam edir: “Asan xidmət”, Kənd Təsərrüfatı Nazirliyi, “Qaçqınkom”...
"Qaçqınkom" sədrinin nəvəsi qolu qandallı şəkildə məhkəməyə gətirildi
Teqlər:
Aparat rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Əsas mövzular