Qonşu ölkədə təqdirəlayiq qadağa

CC0 / cocoparisienne / Plastic bagЖенщина с полиэтиленовым пакетом в руке, фото из архива
Женщина с полиэтиленовым пакетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu il aprelin 1-dən isə bütün poletilen paketlərə qadağa qoyulacaq

BAKI, 1 oktyabr — Sputnik. Gürcüstanda birdəfəlik polietilen paketlərin istifadəsinə qadağa qoyulub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu "yaşıl iqtisadiyyat" və ekologiyanın qorunmasının yeni siyasəti çərçivəsində ətraf mühitin çirkləndirilməsini aşağı salınması məqsədilə həyata keçirilir.

Запрещающий знак на окне здания, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tütünlə bağlı daha bir qadağa gəldi

Məhdudiyyət bir neçə mərhələdən ibarət olacaq. Belə ki, bu gündən etibarən, 15 mikrondan az qalınlığı olan oksidləşən polietilen torbaların istehsalı, idxalı və satışı qadağan edilir. 2019-cu il aprelin 1-dən isə bütün poletilen paketlərə qadağa qoyulacaq. Bundan sonra Gürcüstan ərazisində Gürcüstanın standartlarına cavab verən yalnız biodegradasiya və kompostlanabilən qablar istehsal etmək, idxal etmək və satmaq mümkün olacaq.

Qeyd edək ki, plastik torbaların istifadəsi bütün dünya üçün böyük problemdir. Gürcüstanda da daxil olmaqla, bir çox ölkədə plastikdən hazırlanan qablaşdırma materialının istehlakı əhəmiyyətli dərəcədə artmışdır. Bu da ətraf mühit üçün ciddi ekoloji problem yaradır.

Polietilen paketlər bioloji parçalanmaya məruz qalmır. Onların parçalanma müddəti yüz ildən də artıqdır. İstifadədən dərhal sonra onlar su və torpaqların çirklənməsinə səbəb olan tullantıya çevrilir. Ətraf mühitə dəyən zərər, plastik tullantıların tam emal edilməməsi ilə bağlıdır.

Xatırladaq ki, Hindistanda göydələnlər inşa edərkən polietilen paketlərdən istifadə edilməsi nəzərdə tutulub. Binaların inşası zamanı betonda polietilen və plastmanın yoğurulmasının göydələnlərin strukturlarını daha güclü edəcəyiiddia edilir.

Xəbər lenti
0