08:51 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yararsız ət

DYP işçiləri külli miqdarda mənşəyi bilinməyən ət aşkarlayıb

© Foto: Dövlət Baytarlıq Nəzarəti Xidməti
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib

BAKI, 27 sentyabr — Sputnik. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilib və nəticədə mənşəyi məlum olmayan xeyli miqdarda ət məhsulları aşkar edilərək götürülüb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili işlər Nazirliyindən məlumat verilib. Bildirlib ki, sentyabrın 26-da saat 8 radələrində BDYPİ YPXA-nın Qaradağ rayonu ərazisində yerləşən postunda Biləsuvar rayon sakini Əli Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 300 kiloqram ət aşkar edilərək götürülüb.

Elə həmin gün saat 11 radələrində BDYPİ YPXA-nın 6-cı tağımının əməkdaşları tərəfindən Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lənkəran rayon sakini Elnur Miriyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobil də nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları avtomobilin yük yerindən mənşəyi məlum olmayan, çəkisi 40 kiloqram toyuq və 50 kiloqram mal əti aşkar ediblər. YPX əməkdaşları tərəfindən bu barədə aidiyyəti qurumlara dərhal məlumat verilib.

Götürülmüş ət məhsulları yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.

Əlaqədar

Ölüm qidası: quş peyini, dəri, dırnaq, tüklü ət və...
Bu ölkədən ət idxalı dayandırıldı
Yenə də mənşəyi bilinməyən ət aşkarlandı
Ət kəsimi məntəqələri bağlanır, reydlər başladı
Bayram və antisanitariya: Bakı ət dükanına çevrilib
Teqlər:
Dövlət Yol Polisi İdarəsi, ət, Daxili İşlər Nazirliyi

Əsas mövzular