Üç rayonumuzda yanğın olub

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub

BAKI, 27 sentyabr — Sputnik. Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə yerində FHN yanğınsöndürmə maşınları - Sputnik Azərbaycan
Sumqayıtda yanğın olub

Tovuz rayonunun Hacıalılı kəndində də yanğın baş verib. Ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 40 m2 sahədə və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın Beyləqan rayonunun Xocavənd qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 48 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 11 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0