18:52 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Флаги стран СНГ

Azərbaycanın da daxil olduğu məkanda terror təhlükəsi: Minlərlə insan axtarışa verilib

© Sputnik / Tabyldy Kadyrbekov
XƏBƏRLƏR
Qısa URL
11922 0 0

MDB-yə üzv ölkələrin 9 mindən çox vətəndaşı terrorçuluq və ekstremist xarakterli cinayətlərinə görə dövlətlərarası axtarışdadır

BAKI, 26 sentyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin 9 mindən çox vətəndaşı terrorçuluq və ekstremist xarakterli cinayətlərinə görə dövlətlərarası axtarışlara verilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB Anti-terror Mərkəzinin rəhbəri, general-polkovnik Andrey Novikov açıqlama verib.

"Sentyabr ayında olan duruma görə, MDB-yə üzv ölkələrin 9 mindən çox vətəndaşı terrorçuluq və ekstremist xarakterli cinayətlərinə görə dövlətlərarası axtarışdadır. Onlardan, təxminən 5 mini muzdlular – yəni üçüncü ölkələrin ərazisində qanunsuz silahlı qruplaşmalar və beynəlxalq terror təşkilatlarının tərkibində hərbi əməliyyatlarda iştirak edən şəxslərdir" — deyə Novikov bildirib.

General-polkovnik, həmçinin əlavə edib ki, MDB məkanında növbəti anti-terror təlimlərinin Ermənistanda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən gün Andrey Novikov "İssık-Kul – Anti-terror – 2018" təlimlərinin ikinci mərhələsinin açılışında qeyd edib ki, İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mərkəzi Asiyada "Xilafət" yaratmaq istəyir və artıq daha əvvəl yaradılan hücrələri – "camaatları" aktivləşdirib.

O bildirib ki, İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və nəinki, Qırğızıstana, hətta bütün Mərkəzi Asiya regionuna təhdiddir.

İŞİD, əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. Qruplaşma 29 iyun 2014-cü il tarixində yeni "Xilafət" yarandığını elan etmiş tanınmamış dövlət və terror təşkilatına çevrilib.

ABŞ və müttəfiqləri 2014-cü ildə Suriyada İŞİD-ə qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat keçiriblər. 2015-ci iliin sentyabrın 30-da Rusiya Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə hərbi əməliyyatlara başlayıb və İŞİD-ə sarsıdıcı zərbələr endirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya və İraqda terrorizmə qarşı aparılmış uğurlu missiyaya rəğmən, İŞİD terror qruplaşması hələ də dünyanın müxtəlif regionlarında akt törədə biləcək gücə malikdir. O, İŞİD-in hərbi cəhətdən məğlub edilməsinə baxmayaraq, onun tez bir şəkildə taktikalarını dəyişdiyini və bir çox ərazilərdə müxtəlif tipli hadisələr törətməyə qadir olduğunu ifadə edib.

Xatırladaq ki, Azərbaycan da MDB-nin üzvüdür.

Əlaqədar

Politoloq: “İrandakı terror milli münaqişələri aktivləşdirə bilər”
ABŞ-dan terrorçulara böyük yardım: 250 yük maşını silah
Türk hərbçiləri təhlükəli terrorçunu məhv etdilər
Tramp ABŞ-da fövqəladə vəziyyət rejiminin müddətini uzadıb: "Terror təhlükəsi var"
Teqlər:
general-polkovnik Andrey Novikov, Müstəqil Dövlətlər Birliyi, ölkə, MDB, terror

Əsas mövzular