15:45 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
16 0 0

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın üçüncü dəfə bəxt üzünə gülməyib

BAKI, 25 sentyabr — Sputnik. Bakıda keçirilən cüdo üzrə dünya çempionatında cüdoçumuz Elmar Qasımov ard-arda iki qələbə qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın üçüncü dəfə bəxt üzünə gülməyib.

Belə ki, o, 1/8 finalda Gürcüstan təmsilçisi Varlam Lipartelianiyə məğlub olub. Cüdoçular əsas vaxtda qalibi müəyyənləşdirə bilməyiblər. Əlavə vaxt təyin edilib. Bu zaman isə Liparteliani ipponla qələbə qazanmağı bacarıb. Bununla da Elmar Qasımov dünya çempionatı ilə vidalaşmalı olub.

Qeyd edək ki, Elmar Qasımov bundan öncə 1/32 finalda İsveç idmançısı Martin Paceklə, 1/16 finalda Monteneqro təmsilçisi Danilo Pantiçlə mübarizə aparmışdı. O, hər iki qarşılaşmada rəqilərinə ipponla qalib gəlmişdi.

Əlaqədar

Bakıda cüdo üzrə dünya çempionatı
Bakıda cüdo bayramı – Dünya Çempionatının açılışı oldu
Ekspert: “Cüdo üzrə dünya çempionatının keçirilməsi bizim üçün növbəti sınaqdır”
Cüdo komandamızın reytinqi yüksəlib
Cüdoçumuz dünya çempionatında ard-arda qələbələr qazanıb
İki cüdoçumuz arenaya çıxdı, ancaq bəxt üzlərinə gülmədi
Cüdoçumuz həmyerlisini məğlub edərək birinci oldu
Teqlər:
ippon, Cüdo üzrə Dünya çempionatı, Elmar Qasımov, cüdo

Əsas mövzular