06:46 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
259 0 0

Baş verə biləcək itkilərə görə məsuliyyət, tamamilə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi (MN) cəbhə bölgəsindəki vəziyyətlə bağlı bəyanat yayıb. Sputnik Azərbaycan bu barədə MN-nin mətbuat xidmətinə istinadən xəbər verir. 

Bəyanatda bildirilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. Belə ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət, tamamilə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Əlaqədar

Müdafiə Nazirliyi günün böyük yalanını ifşa etdi
Müdafiə Nazirliyi hərbçi olmaq istəyənlərə müraciət etdi
Müdafiə nazirliyi Ermənistan rəhbərliyini ifşa etdi
Müdafiə Nazirliyi: Qoşunlarımız əməliyyat rayonlarına üz tutub
Müdafiə Nazirliyi yubiley tədbirlərinə başlayıb
Müdafiə Nazirliyi: Ordumuzun fəaliyyəti düşməndə xof və təşviş yaradır
Teqlər:
Müdafiə Nazirliyi, bəyanat

Əsas mövzular