Ölkəyə gizlin yolla gətirilən telefonlar aşkarlanıb

CC0 / hurk / phoneMobil telefonlar
Mobil telefonlar - Sputnik Azərbaycan
Abunə olmaq
Yoxlama nəticəsində 4 ədəd "Samsung Galaxy J2 pro" və 6 ədəd " Samsung Galaxy J3 pro" telefonları aşkar edilib

BAKI, 24 sentyabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, gömrük baxışı zamanı avtomobilin salonunda gizlədilmiş mobil telefonlar aşkar olunub

Belə ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd "Samsung Galaxy J2 pro" və 6 ədəd " Samsung Galaxy J3 pro" telefonları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0