20:29 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
XƏBƏRLƏR
Qısa URL
231 0 0

İlham Əliyev millət vəkili Tahir Süleymanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev millət vəkili Tahir Süleymanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Tahir Süleyman oğlu Süleymanov bu sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, sentyabrın 24-də deputat Tahir Süleymanovun 70 yaşı tamam olur.

Tahir Süleymanov 1948-ci il sentyabr ayının 24-də Şabran rayonunun Sumağava Qazma kəndində anadan olub. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisə deputat seçilib. MM-in Aqrar siyasət komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının fəallarındandır.

Əsas mövzular