CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə ağıllı dərman: Xərçəng xəstələrinin ömrü 5 ilədək uzadılır

CC0 / skeeze / Cancer CellsXərçəng hüceyrələri
Xərçəng hüceyrələri - Sputnik Azərbaycan
Abunə olmaq
Xərçənglə mübarizədə inqilabi üsuldan Türkiyənin Cərrahpaşa Universitetindəki laboratoriyada istifadə edilir

BAKI, 22 sentyabr – Sputnik. Ağıllı molekul müalicəsi xərçəng xəstəliyi ilə mübarizədə ciddi irəliləyişdir. Bu cür müalicə üsulu xərçəng xəstələrinin ömrünü 4,5-5 il uzatmağa qadirdir. Bu müalicə metodu nadir xərçəng şişlərinin fəaliyyətini 4,5 ilə qədər dondurmağa qadirdir. Onu tətbiq edən tibb ocaqlarından biri də Türkiyədəki Cərrahpaşa Universitetinin Tibb Fakültəsinin Atom Tibb bölməsidir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, atom tibb mütəxəssisi, professor Levent Kabasakal onların fakültəsindəki tibbi laboratoriyada hər bir xəstə üçün xüsusi olaraq ağıllı molekullardan ibarət dərmanın hazırlandığını bildirib. Həkimin sözlərinə görə, bu molekullar xəstənin orqanizminə yeridilir və onun ömrünü bir müddət uzatmağa yardım edir.

2010-cu ildə 1 milyon türk lirəsi hesabına fəaliyyətə başlayan atom laboratoriyasında indiyə qədər mindən artıq xəstəyə atom müalicəsi uğurla tətbiq edilib. 

“Xəstələrin əksəriyyətinə 5 ilədək müddətdə həyatda qalmağı bəxş edə bilirik. Ən əsası isə atom müalicəsi alan xəstələrin həyat eşqi daha da artır və onlar digər xərçəng xəstələrindən daha çox yaşaya bilirlər” – deyə Levent Kabasakal bildirib.

Atom müalicəsi cərrahiyyə yolu ilə müalicəsi mümkün olmayan xəstələrə tətbiq edilir. Ağıllı molekullar orqanizmə daxil olduqdan sonra xərçəng hüceyrələrini tanıyacaq şəkildə hazırlanır və onun xəstəyə heç bir ziyanı yoxdur. Bu molekullar laboratoriyada Lu177 (lutetium Lu-177) adlandırılan radioaktiv bir maddə ilə işarələnərək atom müalicəsində istifadə edilir.

“Ağıllı dərmanları bir neçə formulda və şəkildə anlamaq mümkündür. Onkologiya və hemotologiya sahəsində ağıllı molekullardan istifadə edilməklə düzəldilmiş dərmanlarla xərçəngin bir çox növləri əvvəlkindən daha yaxşı şəkildə müalicə olunur. Belə xəstələrin həyat tonusu yüksək olur və bu, onlara digər xərçənglilərdən daha çox yaşamağa kömək edir” – deyə türk professor bildirib.

Xəbər lenti
0