CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəblər Azərbaycana, azərbaycanlılar isə...

© Sputnik / Murad OrujovBakıda ərəb turistlər
Bakıda ərəb turistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan vətəndaşları Misirin Qırmızı dənizin sahillərində yerləşən “Şarm-əş-Şeyx” kurortunu qış mövsümündə də ziyarət edə biləcəklər

BAKI, 21 sentyabr – Sputnik. Son illərdə Azərbaycanın turizm sektoru əsasən ərəb turistlərin hesabına çiçəklənmə dövrünü yaşamaqdadır. Paytaxt Bakı başda olmaqla Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Lənkəran, Gəncə və ölkəmizin digər dilbər guşələrinin turizm obyektləri ərəb ölkələrindən təşrif buyuran turistlərlə aşıb-daşmaqdadır. Bol günəşi, qumsallıqları, səhraları ilə məşhur olan ərəb dövlətlərindən Azərbaycana axın başa düşüləndir.

Fahişə, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda "sevgi yuvaları": Ərəblər oraya qrup halında gəlirlər

Ərəb turistlərin özlərinin də dediyi kimi, Azərbaycan dünyəvi müsəlman dövlətidir. Havası, təbiəti ərəb dövlətləri ilə müqayisədə yaxşıdır, qiymətlər isə onların cibinə uyğundur. BƏƏ-li turist Zubeyr Ali əl-Xavər demişkən, “burada halal qidalar da var, haram əyləncələr də”. Üstəlik, Azərbaycanın xidmət obyektlərindəki təmizlik, qidaların keyfiyyətli olması, əhalinin turistlərə sivil yanaşması da ərəbləri ölkəmizə cəlb edir.

İndi isə sıra Azərbaycan turistlərinə gəlib. Ölkənin turizm şirkətləri başda Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olmaqla bir çox ərəb ölkələrinə turlar təşkil etməkdədir. Bundan sonra ərəb ölkələrini ziyarət etmək üçün çarter reyslər də azərbaycanlı turistlərin xidmətinə veriləcək.

Məsələn, Azərbaycan vətəndaşları Misirin Qırmızı dənizin sahillərində yerləşən “Şarm-əş-Şeyx” kurortunu qış mövsümündə də ziyarət edə biləcəklər.

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-2019-cu ilin qış mövsümündə bu kurorta birbaşa çarter reysləri fəaliyyət göstərəcək.

Dövlət Agentliyindən bildiriblər ki, bu, Azərbaycan tərəfindən müntəzəm olaraq təşkil edilən ikinci çarter reysi olacaq. Əvvəllər sözügedən reys Çernoqoriyaya təşkil edilirdi.

Bu reysləri həftədə bir dəfə cümə axşamı günü Paşa Holidays şirkəti və “Azərbaycan Hava Yolları” QSC (AZAL) təşkil edəcək.

Agentliyin məlumatına görə, çarter reysləri bu il noyabrın 8-dən gələn ilin 4 aprelinədək fəaliyyət göstərəcək.

Turistlərin vizaları birbaşa “Şarm-əş-Şeyx” Beynəlxalq Aeroportundan əldə etmək imkanı olacaq.

Xəbər lenti
0