23:04 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Azərbaycan  Prezidenti İlham Əliyev və Cüdo Federasiyasının prezidenti Marius Vizer

Azərbaycan prezidenti mühüm qonağı qəbul edib

© Official web-site of President of Azerbaijan Republic
XƏBƏRLƏR
Qısa URL
74 0 0

Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı Mehriban Əliyevaya təqdim olunub

BAKI, 21 sentyabr — Sputnik. Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri sentyabrın 21-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşüblər.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə cüdo üzrə dünya çempionatının Bakıda yüksək səviyyədə keçirildiyi qeyd olunub. Azərbaycanın mötəbər idman tədbirlərinin mütəmadi olaraq keçirildiyi bir məkana çevrildiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşdə
© Official web-site of President of Azerbaijan Republic
Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ilə görüşdə

Söhbət zamanı Azərbaycanın beynəlxalq idman əməkdaşlığına töhfə verdiyi, ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyi bildirilib, Azərbaycan idmançılarının böyük uğurlar əldə etdikləri qeyd olunub.

Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilən görüşdə Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğu vurğulanıb, gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.

Sonra Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

Teqlər:
mükafat, görüş, Marius Vizer, Beynəlxalq Cüdo Federasiyası, birinci xanım Mehriban Əliyeva, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Əsas mövzular