Moldovalı idmançıdan Azərbaycan cüdoçuları barədə gözlənilməz etiraf

© Sputnik / Tarana KhudabakhshiyevaMoldova təmsilçisi Vadim Bunesku
Moldova təmsilçisi Vadim Bunesku - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan cüdoçuları çox güclüdür"

BAKI, 21 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda Cüdo üzrə Dünya Çempionatı keçirilib. Çempionatda 66 kilo çəki dərəcəsində mübarizə aparan Moldova təmsilçisi Vadim Bunesku Sputnik Azərbaycan-a açıqlama verib.

İlk dəfədir Bakıya gəldiyini deyən cüdoçu həm də Dünya Çempionatında birinci dəfə iştirak etdiyini bildirib: "İlk dəfədir Bakıdayam, bura çox gözəl şəhərdir. Gənclər arasında dünya çempionatında iki dəfə çıxış etsəm də, kişilər arasında ilk dəfədir çıxış edirəm. Bu çempionat mənə çox yaxşı təəssürat bağışladı. Təşkilat səviyyəsi çox yüksəkdir".

İdmançı Azərbaycan cüdoçuları haqqında fikirlərini də bölüşüb: "Azərbaycan cüdoçuları çox güclüdür. Axı onlar dünyada ilk onluqdadırlar. Kişi cüdoçularınız güclü olsa da, gənc cüdoçular daha güclüdür. Bu turnirin finalına kimi ən güclünü müəyyənləşdirəcəyik".

Xəbər lenti
0