İki il öncə seçilmiş prezident vəfat edib

© pixabay / carolynaboothГроб
Гроб - Sputnik Azərbaycan
Abunə olmaq
O, ağır xəstəlikdən əziyyət çəkirdi

BAKI, 21 sentyabr — Sputnik. Vyetnam prezidenti Çan Day Kuanq dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün səhər yerli saatla 10.05-də (Bakı vaxtı ilı 07.05) xəstəxanada vəfat edib. Məlumata görə, prezident ağır xəstəlikdən əziyyət çəkirmiş.

Çan Day Kuanq 1956-cı il oktyabrın 12-də Vyetnamın şimalındakı Ninbin əyalətində dünyaya gəlib. Öz karyerasına Daxili İşlər Nazirliyində başlayıb. Daha sonra Milli Təhlükəsizlik Nazirliyində çalışıb.

Vyetnamın təhlükəsizlik orqanlarının müntəzəm zabitlərindən biri, fəlsəfə doktoru, 2006-cı ildən Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, 2011-ci ildən isə Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub.

Çan Day Kuanq 2016-cı ildə Vyetnam prezidenti seçilib.

Xəbər lenti
0