13:45 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Gənc cütlük

Kimin xəyanətə daha çox meylli olduğu müəyyən edildi

CC0 / viamir / On A Yacht
XƏBƏRLƏR
Qısa URL
262 0 0

Əvvəllər daha çox cinsi münasibətdə olmuş kişilər də xəyanətə meylli olur

BAKI, 21 sentyabr — Sputnik. Psixoloqlar evlilikdə xəyanətə səbəb olan faktorları müəyyən etməyə çalışıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onların fikrincə, seksual təcrübəsi az olan gənc cütlüklər və qadınlar xəyanətə meylli olur.

Mütəxəssislər 3,5 il müddətində 233 gənc cütlüyü müşahidə edib. Araşdırma müddətində alimlər iştirakçıların qarşı tərəfdən razılığı, xəyanətlə üzləşmələri, xəyanət etmələrinə nəzarət edib.

Alimlər iki parametrlə diqqətin yayınma sürəti və dəyərsizləşməyə meyllənmə vəziyyətləri ilə maraqlanıblar.

Alimlər araşdırma iştirakçılarına kişi və qadın şəkilləri göstəriblər. Müəyyən edilib ki, kim ki yaraşıqlı və gözəl qadın və kişilərdən baxışlarını tez yayındırıb, onlar xəyanətə 50 faiz daha az meyllidir. Fotolara uzun müddət baxan insanlar daha çox xəyanətə meylli olub və onların nikahı daha tez pozulub. Fotolardakı insanların cazibədarlığını aşağılayan insanlar isə daha az xəyanət edib və nikahlarını daha çox qoruyub saxlaya bilib.

Nikahda uğurlu olanlar isə hər iki tərəfin reaksiyalarını müşahidə edənlər olub.

Alimlər fikrincə, hər iki proses şüuraltı baş verir. Buna bioloji faktorlarla yanaşı, həyat təcrübəsi də təsir edə bilər.

Araşdırmanın müəllifi Cim Maknaltinin sözlərinə görə, insanlar nə etdiklərini və niyə etdiklərini bilməyəcəklər. Çünki bu proseslər çox zaman, səy tələb etmir. Onlar bioloji xüsusiyyətlərə və ya uşaq təəssüratlarına görə ola bilər.

Bununla yanaşı, müəyyən edilib ki, qadınları çirkin olan kişilər daha çox xəyanət edir. Əvvəllər daha çox cinsi münasibətdə olmuş kişilər də xəyanətə meylli olur.

Teqlər:
cütlük, araşdırma, xəyanət, psixoloq

Əsas mövzular