19:41 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
81 0 0

Hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

BAKI, 20 sentyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən, hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna "Biləsuvar" gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb. 

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Biləsuvar" gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəssisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi "Phthorimaea operculella Zell" izləri aşkar edilib. Aşkar olunan zərərvericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb. 

Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizimlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar" gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Teqlər:
zərərli orqanizimlər, təhlükə, İran İslam Respublikası, kartof

Əsas mövzular

  • Ermənistan ordusuna məxsus PUA

    Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

    65
  • Dağlıq Qarabağ, arxiv şəkli

    "Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

    56
  • Avtomobil tıxacı, arxiv şəkli

    "Restoranlar, kafelər əvvəllər axşam saat 11-12-dək işləyirdisə, indi işlərini daha tez yekunlaşdırmalı olur. İndi elə bir situasiyadır ki, hamı eyni vaxtda işdən çıxmalı olur. Vaxt məhdudiyyəti 21:00 yox, 23:00 olsaydı, bu sıxıntı bu qədər olmayacaqdı" - Fazil Mustafa

    67