Türk ordusu qonşu ölkə ərazisində əməliyyata başlayıb, öldürülənlər var

© AP Photo / Petros KaradjiasTürk qırıcısı, arxiv şəkli
Türk qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aviazərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib

BAKI, 19 sentyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrin İraqın şimalında anti-terror əməliyyatı keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında olan Hafta və Qara bölgələrinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada əməliyyatların davam etdiriləcəyi istisna edilməyib.

Xəbər lenti
0