CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNEC-in Prezident təqaüdçüsü olan tələbəsi seçiminin səbəbinə aydınlıq gətirib

© Photo : UNECUNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasının 1-ci kurs tələbəsi Rəmzi Abıyev
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasının 1-ci kurs tələbəsi Rəmzi Abıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil prosesi olduqca maraqlı gedir və əminəm ki, bundan sonra daha da yaxşı olacaq

BAKI, 18 senytabr — Sputnik. 2018/19-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyent Rəmzi Abıyev Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib.

Sputnik Azərbaycan Prezident təqaüdçüsü, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasının 1-ci kurs tələbəsi Rəmzi Abıyevin seçdiyi universitetlə bağlı fikirlərini təqdim edir.

— Rəmzi, sizi təbrik edirik, imtahanlarda 700 bal toplayıb, Prezident təqaüdünə layiq görüldünüz. Artıq UNEC tələbəsi adını daşıyırsınız. Ali təhsil almaq üçün niyə UNEC-i seçdiniz?

— Məncə, UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır. Əminliklə deyə bilərəm ki, 2-ci qrup üzrə ən yaxşı ixtisaslar buradadır. UNEC haqqında ali məktəbə hazırlıq zamanı kifayət qədər məlumat toplamışdım. UNEC-də ən yüksək bal toplayan tələbələr ali təhsil alır. Bu fakt özlüyündə UNEC haqqında çox söz deyir. Hələ UNEC-ə daxil olmamışdan əvvəl öyrənmişdim ki, burada dərs deyən müəllimlər çox savadlıdırlar. UNEC-in digər üstünlüyü burada tələbələrə xarici ölkələrlə əlaqəli müxtəlif təhsil proqramlarının təklif edilməsidir.

 Artıq dərslər başlayıb. Tədris prosesi haqqında nə düşünürsünüz?

— Burada dərs deyən müəllimlər ixtisası üzrə aparıcı müəssisələrdə, böyük holdinqlərdə, şirkətlərdə işləyirlər və bu müəssisəyə ancaq gənclərə öz ixtisaslarını tədris etməyə gəlirlər. Bu, çox yaxşıdır. Dərsə davamiyyət, tədris elektronlaşdırılıb, bu, əlavə vaxt itkisinin qarşısını alır. Dərslərimiz ingilis dilində keçirilir. Mən təhsilimdə, əsasən, diqqəti ingilis dilinə və biznes istiqamətində biliklərə yiyələnməyə üstünlük verirəm. Təhsil prosesi olduqca maraqlı gedir və əminəm ki, bundan sonra daha da yaxşı olacaq.

Xəbər lenti
0