23:50 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Национальные флаги Китая

Çinin ABŞ-a cavabı gecikmədi, Pekin hərəkətə keçir

© AFP 2018 / STR
XƏBƏRLƏR
Qısa URL
308 0 0

ABŞ tərəfindən tətbiq ediləcək yeni rüsumlar ilə bağlı Çindən cavab gəlib

BAKI, 18 sentyabr — Sputnik. ABŞ tərəfindən tətbiq ediləcək yeni rüsumlar ilə bağlı Çindən cavab gəlib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Çinin ticarət naziri Zhonq Shan ABŞ-ın birtərəfli, proteksionizm qərarının qlobal iqtisadiyyata zərər verəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp
© REUTERS / Joshua Roberts

Nazir Shan yazılı açıqlamasında, ticarət müharibəsində qazanan olmadığını və əməkdaşlığın yeganə doğru seçim olduğunu vurğulayıb. O bildirib ki, Çin xaricə çıxışı sürətləndirəcək və şirkətlər üçün daha yaxşı iş şəraiti yaradacaq. Çin baş nazirinin müavini Liu Henin də ABŞ tərəfinə hökumətin verəcəyi cavabı müzakirə etmək üçün Pekində toplantı keçiriləcəyini söyləyib.

Xarici şirkətlərin nümayəndələri Çindəki investisiyalarını artırmağa davam edəcəklərini bildiriblər. Digər tərəfdən, mətbuatda Çinin Vaşinqtona ticarət nümayəndə heyəti göndərməyəcəyi yazılıb.

Qeyd edək ki, Ag Ev Çindən idxal olunan 200 milyard dollarlıq mallara qarşı yeni rüsumlar tətbiq edəcək. Rüsumlar (10 faiz) 24 sentyabrdan qüvvəyə minəcək. 1 yanvar 2019-cu il tarixindən isə bu məhsullara tətbiq ediləcək rüsumlar 25 faizədək artacaq.

Əlaqədar

Tramp Çinə qarşı radikal qərar verdi
Tramp müsəlmanlara görə Çinə sanksiya tətbiq edəcək
Donald Tramp istefa xəbərlərinə reaksiya verdi
Donald Tramp Azərbaycanla bağlı qərarını verdi
Teqlər:
Zhonq Shan, Çin, ABŞ

Əsas mövzular