09:43 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiya müdafiə naziri Sergey Şoyqu

Moskvadan Təl-Əvivə kritik zəng: Sizə dəfələrlə...

© Sputnik / Министерство обороны РФ
XƏBƏRLƏR
Qısa URL
404 0 0

Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallar vasitəsilə İsrail tərəfini Suriyaya zərbələr endirməkdən çəkinməyə çağırıb

BAKI, 18 sentyabr — Sputnik. Rusiya müdafiə naziri Sergey Şoyqu İsraildən olan həmkarı Aviqdor Libermanla telefon danışığı zamanı bəyan edib ki, Suriyada Rusiya təyyarəsinin vurulması və ekipajın ölümünə görə günah, tamamilə İsrail tərəfindədir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Sergey Şoyqu bildirib ki, Suriyada Rusiya təyyarəsinin vurulması və ekipajın ölümünə görə günah, tamamilə İsrail tərəfindədir", — deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Şoyqu, həmçinin vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallar vasitəsilə İsrail tərəfini Suriyaya zərbələr endirməkdən çəkinməyə çağırıb. 

Rusiyanın Suriyanın Xmeymim əyalətində yerləşən hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib.

Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib. 

Rusiya hərbi bazasının komandanlığı axtarış-xilasetmə işlərinə başlayıb. "MarineTraffic" portalının məlumatına görə, hazırda Tartus limanı yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Professor Nikolay Murov" xilasetmə yedək gəmisi yer alıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb. İsrail hərbçiləri isə Rusiya Müdafiə Nazirliyinin bəyanatını şərh etməkdən imtina ediblər.

"İsrail hərbçilərinin məsuliyyətsiz addımları nəticəsində 15 Rusiya hərbçisi həlak olub. Bu, Rusiya – İsrail əməkdaşlığının ruhuna uyğun deyil" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. 

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən təyyarə Suriyaya məxsus "S200" Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən havaya buraxılan raketlə vurulub. O da əlavə olunub ki, təhlükəli vəziyyət Latakiya rayonunda İsrail təyyarələri tərəfindən qəsdən yaradılıb.

Təyyarə, arxiv şəkli
© AFP 2018 / Justin TALLIS

Konaşenkovun sözlərinə görə, İsrail pilotları "İl-20" təyyarəsinin yaxınlığında manevr edərək ona Suriya Hava Hücumundan Müdafiə Komplekslərinin atəş açmasına səbəb olub. Bundan əlavə vurğulanıb ki, Rusiya təyyarəsi enişə hazırlaşdığından İsrailə məxsus aviasiyanın idarə olunması sistemləri onu mütləq şəkildə görməli idi.

"İsrail komandanlığı Suriyada planlaşdırılan əməliyyat barədə Rusiya komandanlığına xəbərdarlıq etməyib. "Qaynar xətt" üzrə bildiriş zərbələrə bir dəqiqədən də az qalmış müddətdə əldə olunub ki, bu da Rusiya təyyarəsini təhlükəsiz zonaya çıxarmağa imkan verməyib" — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Konaşenkov vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi baş verənlərə adekvat cavab vermək hüququnu özündə saxlayır. İsrailin Moskvadakı səfirliyi isə bu məlumatı şərh etməkdən imtina edib.

Əlaqədar

Rusiya gözlənilməz zərbə aldı, bölgə yenidən qarışır
Suriyada yoxa çıxmış Rusiya kəşfiyyat təyyarəsinin axtarışları nəticə vermir
Azərbaycanlı Rusiya polisinin əlundən qaçdı
ABŞ insanların üzərində təcrübələr aparır – Rusiya Müdafiə Nazirliyi
Rusiya XİN Xəzərin dibi ilə boru çəkilməsi üçün şərti açıqlayıb
Rusiya üçün önəmli gün
Teqlər:
Rusiya müdafiə naziri Sergey Şoyqu, Xmeymim, təyyarə, Təl-Əviv

Əsas mövzular