10:28 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Vüqar Bayramov

İqtisadçı yeni gömrük vergi siyasəti ilə bağlı həyəcan təbili çaldı

© Foto: Facebook / vugar.bayramov.7
XƏBƏRLƏR
Qısa URL
275 0 0

Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb

BAKI, 18 sentyabr — Sputnik. "ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub. Belə ki, Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir. ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov öz "facebook" səhifəsində şərh verib. O qeyd edib ki, rəsmi Pekin cavab addımları haqda düşünür. 

ABŞ prezidenti Donald Tramp
© REUTERS / Joshua Roberts

Ekspertin fikrincə, Tramp Adminstrasiyasının 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər: "Belə ki, Ağ Ev Çin ilə yanaşı, həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi "qara qızıl"ın 15.9 faizini alır".

Bayramov bildirib ki, qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə "qara qızıl"ın qiymətində enişlə müşahidə ediləcək. Digər tərəfdən, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yaykı qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür.

"Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni "neft şokunun" yaranması riskləri güclənməkdədir" — deyə iqtisadçı qeyd edib.

Əlaqədar

Vüqar Bayramov: “Əmək hüquqlarının qorunmasında çətinliklər artıb”
Vüqar Bayramov: “Hökumət çalışmalıdır ki, xərcləmələri tənzimləsin”
Vüqar Bayramov "qara piar araşdırmaçıları"nı ifşa etdi
Tramp müsəlmanlara görə Çinə sanksiya tətbiq edəcək
Tramp Çinə qarşı radikal qərar verdi
Teqlər:
Tramp adiminstrasiyası, yeni gömrük vergi siyasəti, Vüqar Bayramov

Əsas mövzular